Modern.az

Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Duman olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Aktual

5 Yanvar 2026, 17:35

Avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 6-da ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunacaq.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək