Modern.az

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verən kolasiyaya qoşulur - Zelenski

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verən kolasiyaya qoşulur - Zelenski

Dünya

21 Avqust 2025, 12:00

"Kiyev prezident Donald Trampdan ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin tərəfi olacağına dair müsbət siqnal alıb. Bu, digər dövlətlərin də qoşulması üçün imkanlar açır".

Modern.az xəbər verir ki, bunu jurnalistlərlə söhbəti zamanı Ukrayna prezidenti Volodimir Zelenski deyib. O qeyd edib ki, Vaşinqtondakı görüşdən əvvəl ABŞ təhlükəsizlik qarantları sırasında deyildi, lakin indi onun da qoşulmağa hazır olduğu barədə bəyanatlar var.

"Və bu, məncə, əsas çətinliklərdən biri idi. Çünki Amerika Birləşmiş Ştatları tərəfindən Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin koordinasiyası olmadan avropalı həmkarlar arasında müəyyən qeyri-müəyyənlik var idi”.

Onun sözlərinə görə, bu gün ABŞ, Tramp və onun komandasından Ukrayna üçün təhlükəsizlik təminatlarının iştirakçısı olacağına dair müsbət siqnal var.

"Və bu, nəyəsə hazır olan digər ölkələr üçün imkanlar açır. İndi əsas ölkələrin baş qərargahları nəyə hazır olduqları barədə artıq danışmağa başlayıblar. Və orada olmayan bəzi ölkələr yəqin ki, indi meydana çıxacaq", - prezident əlavə edib.

Zelenski qeyd edib ki, bu gün neçə ölkənin yerüstü proqramların həyata keçirilməsində, yəni Rusiya təcavüzündən müdafiə üçün zəmanət qüvvəsi kimi xarici hərbi kontingentin cəlb edilməsində iştirak etməyə hazır olduğu məlum deyil.

"Biz neçə ölkənin buna hazır olduğunu bilmirik. Bilirik ki, istəyənlərin koalisiyasında potensial olaraq təhlükəsizlik təminatlarında iştirakını nəzərdən keçirən 30 ölkə var”, - prezident bildirib.

Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olan ölkələrin, o cümlədən, Yaponiya və Avstraliyanın olması vacibdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...