Modern.az

Tramp küçələrdə xidmət edəcək

Tramp küçələrdə xidmət edəcək

Dünya

21 Avqust 2025, 22:24

ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə sabah erkən saatlarda) Vaşinqton küçələrində hüquq-mühafizə orqanları ilə birlikdə xidmət edəcək.

 

Modern.az-ın məlumatına görə, radiomüsahibədə o, Polis Departamenti və Milli Qvardiya qoşunları ilə birlikdə paytaxtda patrul çəkəcəyini açıqlayıb.

 

Ağ Evin açıqlamasına əsasən, axşamkı xidmətin detalları üzərində hələ də işlənir.

 

Qeyd edək ki, Donald Tramp Vaşinqtonda cinayətkarlıqlara qarşı mübarizə məqsədilə Milli Qvardiya qoşunlarını paytaxta yeridib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama