Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində, sentyabrın 3-də isə Çinin Yaponiya üzərində qələbəsinin 80-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumatda deyilir ki, Paşinyanı səfərdə həyat yoldaşı Anna Akopyan da müşayiət edəcək.