Modern.az

Fransada ödəniş sistemlərində ciddi nasazlıq

Fransada ödəniş sistemlərində ciddi nasazlıq

Dünya

31 Avqust 2025, 09:35

Fransada ölkənin 14 milyona yaxın sakininə xidmət göstərən iri bankların ödəniş sistemlərində nasazlıq yaranıb.

 

Modern.az "Le Parisien"ə istinadən xəbər verir ki, "Credit mutuel" və CIC müştəriləri iki saatdan artıq müddət ərzində kredit kartları ilə alış-verişi ödəyə və ya nağd pul çıxara bilməyiblər. Mənbə bildirib ki, çətinliklər kompüterin yenilənməsindən sonra yaranıb.

 

"Downdetector" portalının məlumatına görə, "Credit mutuel" müştərilərindən 5 000-dən çox, CIC-dən isə 3 000-dən bir qədər az şikayət daxil olub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır