Modern.az

Ermənistan XİN bu sualı cavabsız qoydu

Ermənistan XİN bu sualı cavabsız qoydu

Dünya

1 Sentyabr 2025, 21:14

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın rəsmi İrəvanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciətini bloklaması ilə bağlı xəbərləri şərh etməyib.

Modern.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan detalları açıqlamaqdan imtina edib.

"Hazırda prosesin təfərrüatlarına varmayacağıq, lakin deyə bilərəm ki, biz Ermənistanın üzvlük məsələsində kifayət qədər konstruktiv yanaşma və qarşılıqlı anlaşma görürük. Bu anlayışla biz təşkilatla qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində ŞƏT-ə üzv dövlətlərlə işi davam etdirəcəyik", - o deyib.

Xəbər yayılıb ki, Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü blok edib. Bildirilir ki, Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular