Çin lideri Si Cinpin Pekində keçirilən hərbi paradda çıxışı zamanı dünya ictimaiyyətinə mesaj göndərib. Onun sözlərinə görə, bəşəriyyət bu gün “sülh və müharibə, dialoq və qarşıdurma, qarşılıqlı faydalı əməkdaşlıq və ya cəmi sıfıra bərabər olan oyun” arasında seçim etməlidir.
Modern.az bu barədə Çin mətbuatına istinadən xəbər verir.
Si Cinpin İkinci Dünya müharibəsində Çin xalqının rolunu yüksək qiymətləndirərək bildirib: “Çin böyük milli qurbanlar verməklə insan sivilizasiyasının xilas olunmasına və dünyada sülhün qorunmasına mühüm töhfə verib”.
Çin lideri vurğulayıb ki, yalnız bərabərlik, harmoniya və qarşılıqlı dəstək şəraitində ölkələr ümumi təhlükəsizliyi təmin edə, müharibələrin əsas səbəblərini aradan qaldıra və tarixi faciələrin təkrarlanmasının qarşısını ala bilərlər.