Modern.az

Çin ABŞ-ın çağırışlarına etiraz etdi: “Münaqişənin tərəfi deyilik”

Çin ABŞ-ın çağırışlarına etiraz etdi: “Münaqişənin tərəfi deyilik”

Dünya

5 Sentyabr 2025, 16:52

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Avropa ölkələrini Pekinə iqtisadi təzyiq göstərməyə çağırması ilə bağlı sərt mövqe bildirib.

Modern.az xəbər verir ki ki, nazirlik rəsmisi Qo Ciaqün Çinlə bağlı ittihamları əsassız adlandırıb.

“Bizim hədəf seçilməyimizə qarşıyıq. Çin nə münaqişənin yaradıcısı, nə də onun tərəfidir”, - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bir gün öncə "The New York Post" Ağ Evdəki mənbəyə istinadla bildirib ki, ABŞ prezidenti Donald Tramp Avropa liderlərindən Rusiyadan neft alışını dayandırmağı və eyni zamanda Çinə qarşı iqtisadi təzyiq göstərməyi tələb edib.

Pekin isə bildirib ki, Ukrayna müharibəsində heç bir rol oynamır və iqtisadi sanksiyaların hədəfi olmağı qəbul etmir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular