Modern.az

Türkiyə millisi Konyada "ÖLDÜRÜLDÜ"

Türkiyə millisi Konyada "ÖLDÜRÜLDÜ"

Dünya

8 Sentyabr 2025, 00:43

Türkiyə yığma komandası 2026-cı il Dünya çempionatının seçmə mərhələsində ağır məğlubiyyətlə üzləşib.

Modern.az xəbər verir ki, ay-ulduzlular Konya Böyükşəhər Bələdiyyə Stadionunda son Avropa çempionu İspaniyanı qəbul edib.

Türkiyə millisi rəqibinə 0:6 hesabı ilə uduzub.

Qonaqların qollarını Pedri (6 və 62-ci dəqiqələr), Ferran Torres (53-cü dəqiqə) və Merino (22, 45+1 və 57-ci dəqiqələr) vurublar.

Bu nəticədən sonra İspaniya 2 oyundan maksimum 6 xal toplayaraq E qrupunda liderliyini davam etdirib. Türkiyə isə 3 xalla 3-cü pillədə qalıb.

Türkiyə yığması növbəti oyununu 11 oktyabrda səfərdə Bolqarıstana qarşı keçirəcək. İspaniya isə həmin gün Gürcüstanı qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi