Modern.az

Gürcüstanda inqilab olmayacaq!

Gürcüstanda inqilab olmayacaq!

Dünya

8 Sentyabr 2025, 15:27

Gürcüstanda keçiriləcək bələdiyyə seçkiləri günü hər hansı inqilab və ya kütləvi qarşıdurma gözlənilmir.

Modern.az xəbər verir ki, bunu Tbilisinin meri, hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze bəyan edib.

Müxalifət partiyalarının nümayəndələri, o cümlədən keçmiş “Vahid Milli Hərəkat” lideri Levan Xabeişvili, həmçinin ictimai xadimlərdən Paata Burçuladze dəfələrlə 4 oktyabrda hakimiyyətin “sülh yolu ilə dəyişdirilməsi” barədə çağırışlar edib, vətəndaşları parlament binası qarşısında mitinqə toplaşmağa səsləyiblər.

Kaladze isə bu bəyanatları ciddi qəbul etmədiyini vurğulayıb: “Heç nə olmayacaq. Xabeişvili ciddi fiqur deyil, onun açıqlamaları da maraqlı deyil. Onlar yalnız öz tərəfdarlarını toplamaq üçün yeni-yeni gülünc bəyanatlar verirlər. Heç bir inqilab və qarşıdurma olmayacaq”.

Hakim partiyanın baş katibi müxalifəti qanunsuz addımlardan çəkinməyə çağırıb və bildirib ki, hər hansı qanun pozuntusuna hökumət sərt reaksiya verəcək:

“Qanunu pozmağa heç kimə icazə verilmir. Kim belə addım atarsa, dərhal nəticə ilə üzləşəcək. Qoy cəhd etsinlər və qanunsuz nəsə etsinlər”.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərində 14 siyasi partiya iştirak edəcək. Mixeil Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” seçkilərə qatılmaqdan imtina edib.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?