Modern.az

Ukrayna dronları Rusiyanın neft stansiyasını vurdu

Ukrayna dronları Rusiyanın neft stansiyasını vurdu

Dünya

9 Sentyabr 2025, 15:10

Peykdən əldə edilən yeni görüntülər Ukraynanın döyüş dronlarının Rusiyanın Vladimir vilayətində yerləşən “Vtorovo” neftötürmə stansiyasına endirdiyi zərbəni təsdiqləyib.

Modern.az xəbər verir ki, görüntülər Dnipro OSINT qrupunun mütəxəssisləri tərəfindən yayımlanıb.

Şəkillərdə “Transneft” şirkətinə məxsus obyektin ərazisində ən azı iki neft çəninin zədələndiyi görünür. Bu stansiya neftin qəbul edilməsi, saxlanılması və magistral kəmərlər vasitəsilə ötürülməsi üçün istifadə olunur.

Hadisə ilə bağlı daha əvvəl Ukraynanın Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandiri, 14-cü polkun döyüşçülərinə rəhbərlik edən Robert Brovdi (“Madyar”) məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində obyektdə ciddi ziyan qeydə alınıb.

Madyar həmçinin vurğulayıb ki, həmin stansiya nefti Moskva ətrafındakı magistral neft məhsulları kəmərinə ötürür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?