Modern.az

Makkeyn Ukraynaya gəldi

Makkeyn Ukraynaya gəldi

Dünya

19 İyun 2015, 22:26



ABŞ-ın respublikaçı senatoru Con Makkeyn onu müşayiət edən nümayəndə heyəti ilə Dnepropetrovsk şəhərinə gəlib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda ABŞ-ın bu ölkədəki səfiri Ceffri Payett məlumat verib.

“Senator Con Makkeyni və onun nümayəndə heyətini Dnepropetrovskda alqışlamaqdan şadam”, - diplomat özünün Twitter səhifəsində yazıb. Onun fikrincə, senatorun səfəri ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirməkdən ibarətdir. Makkeynin iyunun 20-də Ukrayna böhran mərkəzində çıxışı planlaşdırılır. Onunla birgə senator Tom Kotton (Arkanzas ştatı) və Con Barraso (Vayominq ştatı) çıxış edəcəklər. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi