ABŞ prezidenti Barak Obama irqçiliyi ölkəsi üçün böyük təhlükə kimi xarakterizə edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev başçısı irqçiliklə bağlı çağırışlara qarşı birgə mübarizə aparmağın vacibliyindən söz açıb.
Onun sözlərinə görə irqçilik gənclərin şüuruna mənfi təsir edir.
“Bu, gənclərin şüurunu zəhərləyir, bizim ideallarımıza xəyanət edir və demokratiyamızı parçalayır”,-deyə Obama bildirib.
Qeyd edək ki, 17 iyunda 21 yaşlı Dilan Ruf adlı ağdərili amerikalı Çarlston şəhərindəki kilsələrin birində 9 afroamerikalını güllələyərək öldürüb.
Aqşin Kərimov