Modern.az

İranla “altılıq” ölkələri arasındakı DANIŞIQLAR: ABŞ-ın səbri tükənir

İranla “altılıq” ölkələri arasındakı DANIŞIQLAR: ABŞ-ın səbri tükənir

Dünya

9 İyul 2015, 23:51

ABŞ dövlət katibi Con Kerri Vyanada İranın “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) apardığı nüvə danışıqları barədə yeni açıqlama verib.

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, Con Kerri ABŞ-ın sonsuza qədər İranla danışıqlar aparmağa hazır olmadığını bəyan edib.

“Bu gün danışıqlar prosesində irəliləyişin olmasına baxmayaraq, bir sıra problemli məsələlər hələ də həll edilməmiş qalır. Bununla bağlı qərarlar tezliklə qəbul edilməlidir.

Razılaşmaya gedən yolda ciddi irəliləyiş var. Lakin mən dəfələrlə demişəm ki, biz danışıqlar masası arxasında sonsuza qədər otura bilmərik. Biz anlayırıq ki, sadəcə olaraq qalxmaq və getmək olmaz. Nəzərə alaq ki, danışıqlar çox mürəkkəb şəkildə gedir. Biz yenə də tələsməyəcəyik”.  

Fransanın xarici işlər naziri Loran Fabius isə deyib ki, “altılıq” ölkələri ilə İranın apardığı danışıqlar mürəkkəb xarakter alıb və müzakirələr bu gün axşam yenidən başlayıb, sabaha qədər davam edəcək.  

Qeyd edək ki, tərəflərin bu ilin iyun ayının 30-na qədər İranın nüvə proqramının məhdudlaşdırılmasına dair yekun sənədi imzalaması gözlənilsə də, bu müddət uzadıldı. Bəzi KİV-lər iddia edirdi ki, yekun razılaşma iyulun 9-da əldə ediləcək.  

Lakin İranın media orqanları  bu tarixin iyulun 13-nə qədər uzadılacağını yazır.

Xatırladaq ki, beynəlxalq siyasi aləmin diqqət mərkəzində olan danışıqlarda yekun saziş imzalanacaqsa, Qərbin İrana qarşı tətbiq edəcəyi sanksiyalar aradan qalxacaq. İran isə özünün nüvə arsenalını məhdudlaşdırmalı olacaq.

Aqşin Kərimov  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi