Modern.az

Dünyanın ən məşhur mədəniyyət, ticarət, moda ŞƏHƏRLƏRI..

Dünyanın ən məşhur mədəniyyət, ticarət, moda ŞƏHƏRLƏRI..

3 Avqust 2015, 10:29


Dünyanın ən məşhur mədəniyyət, əyləncə, təhsil, ticarət və moda şəhərlərinin adları açıqlanıb. Modern.az saytı xarici mətbuata istinadən həmin şəhərlərin siyahısını təqdim edir.

Sidney –“ Yeni Albion “ adı ilə tanınan bu şəhər Avstraliyanın ən iri şəhərlərindəndir. Harbor körpüsü və Sidney opera teatrı şəhərin simvoludur.

Buenos-Ayres –zəngin Avropa irsinə və memarlığa malik olan şəhər Cənubi Amerikanın Parisi adlandırılır. Şəhər xüsusilə tanqo və futbolu ilə də fərqlənir.

Şanxay –Avropa mədəniyyəti ilə qarşılaşan ilk Çin şəhəridir. Qərb dəbdəbəsi və Şərq gözəlliyi ilə seçilir. Meqapolis restoranlar, dəbli ticarət mərkəzləri, kazino və heyrətamiz göydələnləri ilə məşhurdur.

Nyu-York –Amerikalılar bu şəhəri “ xəyallar şəhəri “ adlandırırlar. Müasir Qərb mədəniyyətinin mərkəzi hesab olunur. Media, təhsil, siyasət, əyləncə və moda sahəsində dünya şəhəri olaraq tanınır.

Praqa – Tarixi, təbiəti və romantizmi ilə vəhdətdədir. Dünyada “ Qızıl şəhər”, “Şəhərlərin anası” kimi təqdim olunur və daha çox rəqs edən evləri ilə məşhurdur.

Vüsalə Qəzənfərqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi