Modern.az

Dolu altı nəfəri öldürdü

Dolu altı nəfəri öldürdü

3 Avqust 2015, 11:06



Çində son günlər 6 nəfər ölüb, 43 min adam xəsarət alıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, buna səbəb ölkənin şimalındakı Daxili Monqolustan muxtar rayonuna dolu düşməsi olub.

Çin Mərkəzi Televiziyasının məlumatına görə, təbii fəlakət nəticəsində 8,8 min hektar kənd təsərrüfatı əkin sahəsinə ziyan dəyib. Hakimiyyət 200 nəfəri evakuasiya edib.  
Təbii fəlakətdən dəyən ziyanın iqtisadi zərəri 9,98 milyon dollar dəyərləndirilir. 

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi