Böyük Britaniya Hərbi Hava Qüvvələri İraqda “İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı apardığı əməliyyatları 2017-ci ilin may ayına qədər uzadacaq.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqda səfərdə olan Böyük Britaniyanın müdafiə naziri Maykl Fellon bildirib. O qeyd edib ki, əməliyyatlar “Tornado” döyüş təyyarələrinin iştirakı ilə aparılacaq.“Biz terrorçulara qarşı mübarizədə operativ tempi saxlayacağıq”,-deyə nazir söyləyib.
Aqşin Kərimov