Modern.az

UEFA “Fənərbağça”nın iddiasını rədd etdi

UEFA “Fənərbağça”nın iddiasını rədd etdi

Dünya

4 Avqust 2015, 17:33



Ötən həftə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Donetskin  “Şaxtyor” klubu ilə qarşılaşan İstanbulun “Fənərbağça” komandası qonaqların hücumçusu Fredin meydana çıxması ilə bağlı ali futbol qurumuna etiraz müraciəti göndərib.

Modern.az
Türkiyə mediasına istinadən xəbər verir ki, Ukrayna klubunun braziliyalı hücumçusu Fred Cənubi Amerika kubokunda dopinq testindən keçmədiyi üçün müəyyən müddətə cərimələnib. Fredin cərimə müddəti bitmədiyindən İstanbuldakı oyuna çıxmasını əsas gətirən “Fənərbağça” UEFA-ya etiraz edərək 3:0 hesablı texniki məğlubiyyət tələb edib. Lakin Avropanın ali futbol qurumu bu gün çıxardığı qərara əsasən “Şaxtyor”u cəzalandırmayaraq “Fənərbağça”nın etirazına mənfi cavab verib.

“Fənərbağça” evdə “Şaxtyor”la heç-heçə oynamışdı – 0:0.

Elmin NURİ 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi