Modern.az

Poroşenkonun oğlu meydançada top daşıyır – FOTOLAR

Poroşenkonun oğlu meydançada top daşıyır – FOTOLAR

21 Avqust 2015, 17:01

Ukrayna prezidenti Pyotr Poroşenkonun kiçik oğlu Mixail Avropa Liqasının pley-off mərhələsində “Zarya” ilə Polşanın “Leqiya” klubları arasında keçirilən oyunda iştirak edib.

Modern.az-ın Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, meydançanın kənarında dayanaraq oyunu izləyən Mixail həm də top daşıyıb.

Ukrayna komandası həmin oyunda 1:0 hesabı ilə uduzub.  

Mixail əvvəllər Poroşenkonun “5 element” uşaq komandasında oynayıb.

Hazırda 14 yaşlı oğlan Kiyevin “Dinamo” komandasının uşaq klubunda çıxış edir. Mixail bundan əlavə, rəqs və musiqi ilə də məşğuldur.

  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi