Modern.az

Qasırğa bir dövlətin dağılmasına səbəb oldu - VİDEO

Qasırğa bir dövlətin dağılmasına səbəb oldu - VİDEO

Dünya

29 Avqust 2015, 11:06

Karib adasındakı Dominikan dövlətində tropik qasırğa nəticəsində ən azı 31 nəfər itkin düşüb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, baş nazir Ruzvelt Skeppitanın sözlərinə görə, təbii fəlakət zamanı dəyən ziyan ölkəni 20 il geriyə salıb: “Dağıntının miqyası dəhşətli dərəcədə böyükdür. Bu, gözləniləndən daha pis oldu”.

Hökumət başçısının sözlərinə görə, yüzlərlə ev, yollar və körpülər yerlə-yeksan olub: “Biz Dominikan respublikasını yenidən qurmalı olacağıq”.

Ruzvelt baş verənləri milli faciə adlandırıb. Baş nazir deyib ki, rayonların çoxu tanınmaz vəziyyətdədir. Bundan əvvəl “Erik” qasırğası zamanı 35 nəfərin öldüyü bildirilib.

Dominikanda 72,5 min nəfər əhali yaşayır.

 

Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi