Misir məhkəməsi Qətərin “Əl-Cəzirə” kanalının 3 əməkdaşını yalan informasiyalar yaymaqda təqsirli bilərək hər birini 3 il müddətinə azadlıqdan məhrum edib.
Modern.az “BBC”yə istinadla xəbər verir ki, kanalın 2 jurnalisti – Məhəmməd Fəhmi və Baer Məhəmməd hökmü məhkəmə zalında, 3-cü jurnalist avstraliyalı jurnalist Piter Qrest isə vaxtından əvvəl deportasiya olunduğu vətəni Avstraliyadan izləyib.2014-cü ilin iyulunda həmən jurnalistlər 10 il müddətinə azadlıqdan məhrum olunsalar da dünya birliyinin etirazından sonra işlərinə yenidən baxılmışdı.
“Əl-Cəzirə”nin əməkdaşları Misirdə siyasi gərginlik olan zaman “Müsəlman Qardaşları” təşkilatı ilə əməkdaşlıqda təqsirləndirilirdilər.
Vüqar İsmayılov