Modern.az

Marsda yaşamağa gedəcək 6 nəfər hazırlığa başladılar

 Marsda yaşamağa gedəcək 6 nəfər hazırlığa başladılar

Dünya

29 Avqust 2015, 21:58

 

Modern.az xəbər verir ki, Havay adalarında Marsda yaşamağa gedəcək insanların sınağı başlanıb.

Publika.az xarici mətbuata istinadən yazır ki, 6 nəfər 1 il ərzində təcrid olunmuş günbəzin içərisində yaşayacaq. Onların yaşayacağı günbəzin diametri 11 metr, hündürlüyü isə 6 metrdir.

Marsa yollanacaq könüllülər qrupuna astrobioloq (ABŞ), fizik (Almaniya), pilot, memar, həkim və jurnalist (ABŞ) daxildir.

Sınaq keçəcək könüllülərdən biri deyib: “Bu 6 nəfər dünyanı dəyişmək istəyən şəxslərdir və onlar hər bir şəraitdə yaşamağı bacarmalıdır”.

O da qeyd olunur ki, günbəzdə hərənin ayrıca  çarpayılı və stollu otağı olacaq. Onların qəbul edəcəyi qidaya konservləşdirilmiş tuna balığı və pendir tozu daxildir. Könüllülər skafandrda gəzəcək və internetə çıxışları olmayacaq.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi