Türkiyədə gün ərzində 4-cü zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ Adananın Saimbeyli bölgəsində qeydə alınıb. Yerli vaxtla saat 17.57-də baş verən 4,2 ballıq zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, gün ərzində Türkiyədə baş verən və gücü 4 baldan çox olan 4-cü zəlzələdir.