Modern.az

Leyla Əliyeva - Heç vaxt yalqız deyilsən

Leyla Əliyeva - Heç vaxt yalqız deyilsən

Ədəbiyyat

16 Mart 2015, 21:34

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Heç vaxt yalqız deyilsən adlı şeiri oxucuların ixtiyarına veririk.

Gecələr Günəş səndən
üz çevirib gedəndə,
Ay da sənə naz satıb,
buludlarla bağlayıb 
üzünü gizləyəndə...
Köksündəcə qəlbinə
yol tapmağa çalışan
bir kədər duyacaqsan...
Yalqız olmadığına
onda inanacaqsan...

Ad gününü dostların
unudub, anmayanda,
Gözündən
              düşmənlərin, 
nifrət, ədavət və kin
silinib, 
          yox olanda...
Nəyə gərək hissləri,
gur səslə nəzmə çəkmək? –
Onsuz da qəlbdən-qəlbə
yollar uzanır, mələk...

Olanları, keçmişi
tufanlar, dəli ruzgar
sovurub aparanda...
Ən kiçik anları da
yaddaşdan sıyıranda...
Qar əriyib, vüsala
bənzəyən göz yaşıyla
yazla vidalaşanda...
Sən bundan təsəlli tap,
təsəlliyçün nə dağa,
nə də ki, daşa düşmə...

Tutaq ki, tək-tənhasan,
bu kiçik planetdə -
döngələr arasında,
yolların tıxacında...
Lap bu fani dünyada
tək olsan da, lap tənha...
Heç nədən hürküb qorxma..!
Çünki başının üstdə,
Tanrın vardır o boyda!..

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər