Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Mənim şeirim” adlı şeiri oxucuların ixtiyarına veririk.
Şeir dünyam, mən səni
sevirəm
çünki safsan.
Cövhərindən doğmasan,
doğrusan – yalanın yox...
Yanımdan saymazyana
gülərək keçən illər
məni ötərlər... amma
xəyaldı sənə çatmaq...
Mən öz şeirlərimi
sevirəm – deyim niyə? –
Çünki müti deyillər..!
Nə gözləri kölgəli,
nə də ki, xəcildirlər..! –
Zülmətdən, pisliklərdən
daim yüksəkdədirlər.
Bədnəzər, yan baxışlar,
dedi-qodu, gileylər
şeirimdə görünməzlər..!
Onu salmaq olarmı
qəm-qüssə qəfəsinə?
Axtarma, tapammazsan
ilhamıma çərçivə...
O, ağacda yuvadır
budağı kəsib, qırıb,
onu dağıtsan belə
ilhamım qanad açar,
uçar uca göylərə..!
Şeirimi çox sevirəm
güc-qüvvətinə görə...
O, bir Tanrı sirridir
anlamağım imkansız...
Şerimdəki hər kəlmə
mənə əziz, doğmadır;
İstər gündüzlər yazım,
istərsə də yuxuda...
Şeirimi çox sevirəm.
O, qəlbimin, ruhumun
ən təmiz aynasıdır...
Kədərli olsam belə,
onunla şad-xürrəməm.
Təklikdə olsam belə,
tək deyiləm şeirimlə...
Rus dilindən çevirəni: Mahir Qabiloğlu