Modern.az

Gerçəkləşməyən reallıq

Gerçəkləşməyən reallıq

21 Fevral 2016, 12:50

Yaqut Aslanova

Bəlkə bir gün hansı ilin hansı günü bilmirəm, amma bir gün, nə vaxtsa mən darıxdığım kimi darıxacaqsan. Hansı ayda olacaq bilmirəm, amma mənimlə birgə xəyallar quracaqsan. Hansı ad günümdə bilmirəm, ancaq nə vaxtsa mənə hədiyyə alacaqsan. O hədiyyədən çox, içindən mənə hədiyyə almaq gəlməsi, məni sevindirmək istəyin xoşbəxt edəcək məni.  Nə vaxt ağlayanda bilmirəm, lakin bir dəfə ağlayanda yanağımı bir vaxtlar məni həyatdan küsdürən  mesajları yazdığın barmaqlarınla siləcəksən. Bax o zaman o mesajların yadımdan çıxacaq. Həyatımın hansı sevgi bayramını bilmirəm, amma aralarından birini birgə keçirəcəyik.  Hər kəsdən uzaq,  bu başıbəlalı sevgimiz üçün badə qaldırıb toxunduracayıq. Elə o  vaxt  badəm badənə deyil, ürəyim ürəyinə toxunacaq. Neçənci yayımızda bilmirəm, lakin bir yay dənizə gedəcəyik  qumların üzərinə  adımızın baş hərifini yazacaqsan.

Məni hava deyil də bax sənin bu hərəkətin  isidəcək. Adını bilmədiyim bir filmə baxacayıq,  filmin elə məqamı olacaq ki, güləcəyəm və  sənə baxacağam sən də gülmüş olacaqsan. İkimizin eyni şeyə gülməsi məni sevindərəcək. 

Uzun və səssiz bir yolda gəzəcəyik, əlin əlimdə olacaq. Hava soyuqdur,  lakin mən hiss etmirəm. Mənə sənlə olanda havanın hərarətinin neçə olmasından asılı olmayaraq, həmişə istidir. Gözlərinə baxmaq  istiliyi duymağa kömək edir mənə.  Mən sənə sənsizlikdən şikayət edirəm. Sənli günlərimin sənsiz günlərimi necə unutdurduğunu həyəcanla danışıram. Ağ-qara kimi olan yarı-yarı hekayəni sadəcə danışırdım, əsas fikrim isə məni dinləməyində, diqqətlə dodaqlarımından sözləri oxumağında idi. Sanki tələsirdin ki, qulağından öncə gözlərin bilsin hekayənin davamını. Məni isə hər şeydən çox sevindirən diqqətinin heç kimdə, heç nədə deyil də, məhz məndə olması idi.

Hansı 31 may bilmirəm, amma bir 31 may səni  sevdiyim,  səni  mənə tanıtdıran o məktəbə gedəcəyik.  Məzunlar üçün son zəng çalınanda mən sənə illər  öncə  mənim üçün təkcə məktəbdən deyil, həm də səndən ayrılığımı ifadə edən zəng olduğunu söylədim. Əlin əlimdən çıxdı, getdin arxanca baxdım, balaca oğlandan zəngi alıb yanıma gəldin, qulağıma yaxınlaşdırıb yellətdin və pıçıltıyla dedin: “İndi bu ayrılığın bitdiyini bildirir dinlə səsini”. 
Zamanları  müqayisə etdim illər öncə və illər sonra  iki eyni zəng iki fərqli məna.  O vaxt göyə təkcə göyərçin deyil, bütün kədərim, qəmim, əzablarım uçdu, yox oldu.

O qədər xoşbəxt olmadım ki,  xoşbəxt olmaqdan da qorxurdum, mənə yaşatdığın bu xoşbəxtliklərin içində nə isə axtarırdım. Baxırdım gizlin-gizlin sənə, elə duyurdum ki, sanki məni xoşbəxt etmək bunu bacarmaq səni sevindirirdi, başqa heç nə. Bizim sevinclərimiz başqa kimi gəlirdi mənə, amma dayandırmaq istəmirdim ürəyimdə, ən dərində bəlkə də bilirdim ki burada nə isə var.  Aşkar etmək istəmirdim çünki, xoşbəxt idim, az zamanda çox xoşbəxt idim. Heç kimin heç zaman məni xoşbəxt edə bilməyəcəyi qədər.  Bilirdim  ki, bunu yalnız sən bacarırsan, məni həm xoşbəxt, həm bədbəxt edə bilirsən.

İlk  dəfə səninlə Yeni ili qarşılayacağam sanki  önümüzdə uzun birgə illər olacaqmış kimi,  saat 12-də atılan fişənglərə baxıb yaratdıqları parlaq görüntülərdə bizim rəsmimizi çəkirdim. Ard-arda bir neçə xoşbəxt  rəsm. Gözlərimi yumub Allahdan dilədim ki, mənə səninlə daha bir neçə Yeni il qeyd etməyi nəsib etsin.  21 ildə çəkdiyim hər əziyyətə,  gördüyüm hər çətinliyə qarşılıq  olaraq səni arzuladım. Amma bu məndə qayda idi, pozulmayan və dəyişməyən qayda. Xoş günümün ömrü az olurdu bəd günlərim isə saysız.

Qərara aldım ki, səni çaya dəvət edim. O gün  çay da, söhbət də, məkan da  mənlik  idi,  sən sadəcə susub dinləməliydin. Bu təklifi sənə deyəndə gülümsədin, səni az gülümsəyən görmüşdüm. Xoşuma gəldi, gözünün içinə baxdım gözünü qaçırdın, əhvalım pozuldu bir anlıq.  Sonra bu hissəni tez yaddaşımdan sildim. Səni çox sakit şəhərdən uzaq bir yerə gətirdim, yol boyu mənə özündən danışmağını istədim.  Yadında nə qalıbsa az-çox danışdın. Yol o qədər qısa, danışdıqların o qədər maraqlı gəldi ki mənə, maşının dayanmasını istəmirdim. Çayın o biri tərəfindən saatına baxdım, bizə ayrılan zamana start verdim. Saat 13:59 idi. Tamam olmasını saydım və sənə yazdığım ilk yazımı oxudum. Yazının ortasında ağladım, sən isə sükutunu pozmadan  yazını izləyirdin.  Sona doğru lap çox ağladım, salfeti əlinlə mənə doğru itələdin. Götürəndə gördüm  ki, yazmısan “ağlama Yaqut”. 

Növbəti yazılarıma keçdim,  hamısını oxudum.  Yekunda hamısını qırağa çəkib üzünə baxıb dedim ki, səndən mənə qalan birinci əsl sevgiydirsə, ikinci yazmaq qabiliyyətidir. Məndə bu qabiliyyət sənə görə var idi. Yazılarımın baş qəhrəmanı yalnız sənsən, “təşəkkürlər dəyərlim”  dedim. Cavab vermədin,  boğazım qurumuş çay istədim.  Stəkanın o tərəfindən yenə saatına baxmaq istədim bu dəfə gözlərin kimi əllərini də saatını da  məndə gizlədirdin. Yolboyu danışmadın, mən də yorgun idim yatdım.  Çatanda çağırdın məni, günə yalnız bu sözünlə yekun vurdun.

Kaş ki gecəyə qədər yalnız bunu düşündüm. Niyə dedin, nə demək istəyirdin. Ortaq dostumuz var idi. Həm ona,  həm mənə yaxın idi. Mənə mesaj yazmışdı uzun müddətdi yazmırdı.  O gün hər şeyin sonuna məni bir az da bu mesaj yaxınlaşdırdı.  Xəstəliyin üçün müalicə etmədinmi sən? Yaqut etmə belə, yubatma, olmaz axı ! Həyatınla niyə oynayırsan?! Özünü niyə ciddiyə almırsan?!  Gülümsədim yazdım ki, o xəstəlikdən kim xilas olub ki, məndə xilas olum. İstəmirəm  dedim. Təkid etdi, dedi onla get istəmirsən mənlə get. Dedim yox getmirəm, əslində ona yalan dedim,  hərdən həkimə gedirdim, mənə müvəqqəti də olsa müalicə və yaşam yolları deyirdi. Razı olmurdum çünki, bu həyata elə də çox bağlı deyildim. Sadəcə ona görə qalmışdın. Neçə saatım, neçə günüm, neçə həftəm, neçə ayım, neçə ilim vardı bilmirdim. İstəyirdim ki, bir az daha yaşayım  onunla, bir az daha zamanım, xatirəm,  şəkillərim olsun.  Bunların xəyalı ilə səhər tezdən durub həkimimə getdim. İçəri girəndə mənə bir az əsəbi idi.  Dedim nə olub, uygun vaxta gəlməmişəm? Dedi Yaqut həyatınla oynayırsan, qızım bu işlərin zarafatı olmaz axı! Keçən dəfə sevgilinə də dedim. Nə sevgili basa düsmədim, nə sevgili ?! Dəftərin baxdı adını və nomrəsini dedi. O idi. O hər seyi bilirmiş. Dondum bir anlıq durdum, o günlər, o xatirələr, yaşatdığı hər şey yalnız  yalnız vəzifə imiş. Mənimlə xəstə olduğum  üçün, yazığı gəldiyi üçün  bir yerdəymiş. Həkimə sual verdim niyə dediniz? İstımirdim axı kimsə bilsin, istəmirdim kimsə mənim üçün üzülsün, kiminsə mənə yazığı gəlsin heç kimin hələ onun heç.

Zəng elədim görüşmək istədiyimi dedim. Dedi yağışdır, soyuqdur çıxma çölə. Dedim yox çöldəyəm.  Gəldi, dedim kim dedi sənə? Hardan bildin? Niyə belə etdin? Niyə mənim yanıma öləcəyimi biləndə gəldin? Sənin üçün ölürəm dedim, inanmadın, həqiqətən öləcəyimi biləndə niyə inandın ? Niyə mənə yoxda həkimə inandın? Niyə sevdiyim? Niyə mənə birdə belə zərbə  vurdun?  Gözləri doldu, qucaqladı məni. Yağış yağırdı, taleyimə təkcə mən deyil, təbiət də ağlayırdı.  Əlini başımın üzərinə tutdu, yağış yağır, gəl gedək xəstə olacaqsan gəl. Dedim mən onsuz da xəstəyəm. Danış nə üçün  mənim yanıma ürəyin istədiyi üçün deyil, yazığın gəldiyi üçün bir gəldin. Mən özümü sənə borclu bildim.  Sənin məni həqiqətən sevdiyini görürəm, bu həyatda sənin üçün yalnız bunu edə bilərdim. Həkimlə də danışdım ki,  səninlə danışıb müalicələrə razı salacağam. Sən və mən bunu bacaracağıq. Mən yanında olacağam, unutma bunu. Həyat mənim üçün həm dəyərli, həm dəyərsiz oldu. Nə edim bilmədim.  Ona yoxsa özümə yazığım gəlsin. Həqiqətən nə hiss edir bilmək istəyirdim. Get dedim, get her sey uçun sag ol və get rolunu oynadın. Əvvəllər belə deyildi o nazımla oynamaz, mənə laqeyd olardı. İndi təkidlə üzümə baxdı ikimizdə üşüyürdük, amma havadan çox məni yaşananlar üşüdürdü. 
Getmədi qışqıraraq soruşdum niyə  etdin də bunu cavab ver, danış. Kirpiklərindən üzünə düşən yağış damcılarrını əli ilə silərək mənə tərəf gəldi, üzümə baxdı soyuq və yaş əllərini üzümə toxundurub dedi: mən səni....

Elə o an ayıldım yuxudan. Bütün yuxumu gündəliyimə yazdım ki, unutmayım heç vaxt. Səninlə bağlı bir xatirəni də tarix etdim. Sonda dərin bir nəfəs alıb gündəlyimi bağlayıb qırağa qoydum.  

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər