Modern.az

Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu

Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu

Təhsil

27 Noyabr 2014, 23:29


AXCP sədrinin sabiq müşaviri, Qarabağ döyüşçüsü, Füzuli rayonunun keçmiş icra başçısı Şakir Abbasov Müsavat Partiyasına üzv olub.

Modern.az saytı xəbər verir ki, bu haqda məlumatı  Müsavat Partiyası Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli verib. O, özünün facebook səhifəsində yazıb ki, , Müsavat Partiyası Xəzər rayon təşkilatının Şura iclasında təşkilati məsələlər və Müsavat Partiyasının keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub.

“Həmçinin yeni üzvlər qəbul olunub. Tanınmış demokrat, Şakir Abbasovla eyni gündə gənc fəal, ali təhsilli iqtisadçı Seyhun Feyziyev də Müsavat Partiyasının sıralararına üzv qəbul olunub”.  

Xatırladaq ki, Şakir Abbasov bu ilin oktyabr ayında AXCP-dən istefa verib.  

Modern.az  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok