Modern.az

Tələbə qızlara əxlaqsız təklif edən müəllim barədə araşdırma BAŞLADI

Tələbə qızlara əxlaqsız təklif edən müəllim barədə araşdırma BAŞLADI

Hadisə

3 May 2022, 12:03

Lənkəran Dövlət Universitetinin müəlliminin tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı jurnalist Amil Xəlili sosial şəbəkədə paylaşım edib.

 

Jurnalistin sözlərinə görə, Lənkəran Dövlət Universiteti Aqrar və mühəndislik fakültəsinin baş müəllimi Elşad Rəhimov qızlara görüntülü zəng edərək seksual xarakterli hərəkət edib və onlardan da eynisini tələb edib. 

 

Jurnalist, həmçinin qeyd edib ki, bir neçə tələbə qız buna razı olsa da, etiraz edənlər də olub. Hətta sonradan müəllimin həmin qızları şantaj etdiyi iddia olunur.
 

Məsələyə münasibət bildirən Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-a deyib ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb:

"İddiaların təfərrüatları araşdırmalardan sonra məlum olacaqdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu