Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zalında ölüm qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə ölən Şəmil Qədimovun vəkili Adəm Məmmədov məlumat verib.
"Hüquqlarını müdafiə etdiyim Qədimov Şəmil Əli oğlu məhkəmə prosesi zamanı vəfat etdi", - vəkil qeyd edib.
62 yaşlı Ş.Qədimov dələduzluqda təqsirləndirilirdi. O, Naxçıvan Ədliyyə Nazirliyinin sabiq əməkdaşı olub.