Modern.az

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

25 Dekabr 2022, 21:31

Xaçmaz şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun birinci kilometrliyində baş verib.

 

Belə ki, avtomobil rayonun Çinartala kənd sakini Vəlibəyov Arif Daşdəmir oğlunu vurub. Nəticədə piyada hadisə yerindəcə keçinib.

 

Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

 

Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama