Sumqayıt şəhəri ərazisindəki mənzillərin birindən 15.000 manat, 5.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Talib İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.