Modern.az

Aeroportda baltanma iddiası ilə bağlı RƏSMİ

Aeroportda baltanma iddiası ilə bağlı RƏSMİ

30 Dekabr 2022, 11:50

Son günlər bəzi kütləvi informasiya vasitələrində guya ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun parklama ərazisində 1998-ci il təvəllüdlü Ağayev Nicat Fəxrəddin oğlunun qayınatası ilə mübahisəsi zamanı ağır xəsarət aldığı və qayınatasının ona bir neçə balta zərbəsi endirdiyi barədə xəbər yayılıb.

 

Heydər Əliyev Beynəlxalq Aeroportundan Modern.az-a verilən məlumata görə, baş verən hadisə həqiqəti əks etdirmir.

 

"Hava limanı ərazisində bu kimi insident qeydə alınmayıb. KİV-lərdən məlumatın yayılmasından öncə rəsmi qurumlardan dəqiqləşdirmələri xahiş olunur", - məlumatda qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi