Modern.az

Ana və iki övladı dəm qazından zəhərləndi

Ana və iki övladı dəm qazından zəhərləndi

Hadisə

31 Dekabr 2022, 21:14

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

1991-ci il təvəllüdlü Ramilə Huseynova onun övladları 2010-cu il təvəllüdlü Fatimə Huseynova və 2012-ci il təvəllüdlü Mədinə Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Məlumata görə, ana və övladları yaşadıqları evdə dəm qazından zəhərlənib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir