Modern.az

Şəkidə ağır QƏZA: 6 nəfər yaralandı

Şəkidə ağır QƏZA: 6 nəfər yaralandı

3 Yanvar 2023, 15:04

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
 

Belə ki, hərəkətdə olan mikroavtobus öncə minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

 

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı