Modern.az

Bakıda silahlı İNSİDENT: ölən və yaralılar var - YENİLƏNİB

Bakıda silahlı İNSİDENT: ölən və yaralılar var - YENİLƏNİB

Hadisə

4 Mart 2023, 12:52

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə zamanı ölən Həsənov Rüfət Rahib oğlu polis əməkdaşı deyil.

 

***

12:51

Bakıda hipermarketdə baş vermiş atışma nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

 

Modern.az xəbər verir ki, xəsarət alan 2 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

 

***

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

 

Bu barədə Modern.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

 

***

 

Paytaxtın Xətai rayonunda marketlərin birində atışma olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bununla bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib, araşdırma aparılır.

 

Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

 

***

12:47

 

Bakıda silahlı insident olub.

 

Modern.az xəbər verir ki, atışma hipermarketdə baş verib.

 

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir. Detalları məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu