Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında saxlanılan “Toyota” markalı maşına vurub.
Qəzadan sonra xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.