Modern.az

Bərdədə silahlı insident - Qonşusunu güllələdi

Bərdədə silahlı insident - Qonşusunu güllələdi

22 Aprel 2023, 20:59

Bərdə sakini qonşusunu tüfənglə yaralayıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zəminində öz qonşusu 1993-cü il təvəllüdlü Elşad Məmmədova ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

 

E.Məmmədov xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

 

R.Məmmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?