Modern.az

Qadın qohumunu öldürən şəxs tutuldu 

Qadın qohumunu öldürən şəxs tutuldu 

Hadisə

13 May 2023, 19:05

Xızıda qadın qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xızı rayon prokurorluğu məlumat yayıb.

 

Mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.

 

İbtidai istintaq davam edir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal