Modern.az

Yol qəzasında vəzifəli şəxslər yaralandı 

Yol qəzasında vəzifəli şəxslər yaralandı 

Hadisə

14 İyun 2023, 20:54

Şahbuz rayonunda baş verən qəzada 6 nəfər xəsarət alıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün baş verən qəzada xəsarət alanlar Şahbuz rayonu Enerji Təchizatı və Satışı İdarəsi işçiləri olub.

 

Qəza zamanı Şahbuz şəhər sakinləri - 1975-ci il təvəllüdlü Əliyev Həbib Seyfulla oğlu, 1976-cı il təvəllüdlü İbrahimov Səbuhi Əmrəli oğlu, Şahbuz rayonu Kolanı kənd sakini 1982-ci il təvəllüdlü Nəsirov Arzuman İsa oğlu, Şahbuz rayon Külüs kənd sakini 1994-cü il təvəllüdlü Quliyev Nadir Abbas oğlu, Şahbuz rayon Keçili kənd sakinləri - 1975-ci il təvəllüdlü Eyvazov Ələddin Ələm oğlu və 1994-cü il təvəllüdlü Firudinlu Nurulla Nurəddin oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım