Modern.az

Yasamalda kütləvi DAVA

Yasamalda kütləvi DAVA

Hadisə

8 İyul 2023, 16:54

Yasamal rayonunda kütləvi dava baş verib. Hadisə Əsəd Əhmədov küçəsi 41-də qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yasamal Rayon Polis İdarəsindən bildirilib.

 

Qeyd olunub ki, bir qrup şəxs əlbəyaxa davaya çıxıb.

 

"Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə şikayət və ya müraciət daxil olmayıb. Hazırda sosial şəbəkədə yayılan videogörüntülərlə bağlı şöbənin əməkdaşları tərəfindən araşdırmalar başlanılıb” - deyə məlumatda bildirilib.

 

Qeyd edək ki, xəsarət alanların olub-olmadığı məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər