Modern.az

Şəmkirdə ağır qəza - Ata öldü, oğlu ağır yaralandı

Şəmkirdə ağır qəza - Ata öldü, oğlu ağır yaralandı

Hadisə

22 İyul 2023, 14:02

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Yasamal aşırımında qeydə alınıb.

 

Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1995-ci il təvəllüdlü Eldəniz Hüseynov ağır xəsarət alıb. Onun atası Rövşən Hüseynov isə hadisə yerində dünyasını dəyişib.

 

Yaralı ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

 

Qəzaya avtomobilin təkərinin patlaması səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil