Modern.az

Bakıda ağır qəza - İki qardaş öldü

Bakıda ağır qəza - İki qardaş öldü

Hadisə

22 İyul 2023, 21:27

Bakının Suraxanı rayonunda ağır yol qəzası olub.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.

 

Belə ki, 2003-cü il təvəllüdlü Gərayov Ceyhun Zamiq oğlu idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.

 

Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Gərəyov Coşqun Zamiq oğlu ölüb.

 

İki sərnişin isə ağır xəsarət alıb. Yaralı sərnişinlər - 2008-ci il təvəllüdlü Cəfərov Vüsal Niyaz oğlu və həmyaşıdı Kərəmli Kənan Emin oğlu Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər