Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində əvvəlki illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2008-ci ilin oktyabr ayının 28-də Sumqayıt şəhər sakini Tünzalə Kərimovanın qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə İdarə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ərəstun Zülfüqarov da tutularaq istintaqa təhvil verilib.
Saxlanılarkən ondan bir ədəd “Baykal” markalı tapança, həmin silaha aid 176 ədəd patron və narkotik vasitə heroin aşkar olunaraq götürülüb.