Modern.az

Gəncədə 12 yaşlı şagird niyə intihar edib? - AÇIQLAMA

Gəncədə 12 yaşlı şagird niyə intihar edib? - AÇIQLAMA

Hadisə

9 Fevral 2024, 17:32

Bu gün Gəncə şəhərində VI sinif şagirdi Ağamir Məmmədov yaşadığı evdə intihar edib.

 

Modern.az-ın məlumatına görə, Ağamir Məmmədov şəhərin M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbinin şagirdi olub.

 

Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb. Şagirdin intihar səbəbi məlum deyil.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12 yaşlı Ağamir özünə qapalı şagird olmayıb.

 

“Bizə şagirdin intihar səbəbi məlum deyil. Digər şagirdlərlə ünsiyyəti yaxşı olub, yəni ünsiyyətçil şagird olub", - məlumatda bildirilir.

 

M.P. Vaqif adına 8 nömrəli məktəb hadisə ilə bağlı açıqlama bildirilib ki, 12 yaşlı A. Məmmədov tərbiyəli, şən, dərslərə vaxtında gələn uşaq olub. Məktəbin müəllim kollektivi də hadisə ilə bağlı sarsıntı keçirdiyi qeyd olunub. 

 

Yerli mətbuatda intiharla bağlı müxtəlif versiyalar səsləndirilib. "Oxu.az" yazır ki, A.Məmmədovun atası onun əlində olan telefonu alıb və dərslərini oxumasını istəyib. Atasının sözünə hirslənən uşaq bu addımı atıb.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Yeniyetmənin təhsil aldığı məktəb bir müddət əvvəl ictimaiyyətin diqqətində olub. Belə ki, yanvarın 23-də 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan Raul Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, həmin məktəbdə daha əvvəl də bıçaqlanma hadisəsi baş vermişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri