Modern.az

Xaçmazda faciəvi qəza: azyaşlı öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

Xaçmazda faciəvi qəza: azyaşlı öldü - Hadisə yerindən GÖRÜNTÜLƏR

21 Noyabr 2024, 15:29

Gəndob-Yalama avtomobil yolunun Xaçmazdan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Nərəcan kəndi ərazisində baş verən hadisə zamanı 2 minik, 1 yük avtomobili və Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən sərnişin avtobusu toqquşub.

Qəza nəticədə azyaşlı uşaq ölüb, 3 nəfər yaralanıb. Sərnişin avtobusunda olanlar xəsarət almayıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1397415

1397416

1397417

1397418

1397419

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi