Modern.az

Abşeronda yol qəzası - Xəsarət alan var 

Abşeronda yol qəzası - Xəsarət alan var 

Hadisə

24 Noyabr 2024, 09:09

Abşeronda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, Hökməli qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Carçıyev Zahir Məzahir oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!