Modern.az

Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR

Naxçıvanda 5 maşın toqquşdu - Hadisə yerindən FOTOLAR

24 Noyabr 2024, 19:08

Naxçıvan şəhərində zəncirvari qəza olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb. Qəza zamanı BMW, “Mercedes”, KIA və 2 “Hyundai” markalı avtomobil toqquşub. Zəncirvari qəzada Naxçıvan şəhərinin Tumbul kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayeva Çinarə Elçin qızı xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, faktla bağlı araşdırma aparılır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ