Modern.az

Dəm qazından zəhərlənən ailə üzvləri evə buraxıldı

Dəm qazından zəhərlənən ailə üzvləri evə buraxıldı

Hadisə

3 Dekabr 2024, 10:58

Şəkidə dəm qazından zəhərlənən ailə üzvləri evə buraxılıb.

Modern.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a TƏBİB-in nümayəndəsi Zamirə Ədilova məlumat verib.

Belə ki, ötən gün Şəkinin Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin 4 üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Z.Ədilova bildirib ki, Şəki Rayon Mərkəzi Xəstəxanasında Abdullayevlər ailəsinə bütün zəruri tibbi xidmətlər göstərilib. Onların sağlamlığı nəzərə alınaraq gecə xəstəxanada müalicələri davam etdirilib və bu səhər evə buraxılıblar.

Abdullayevlər ailəsi yaşadıqları ərazi həkim nəzarətinə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi