Modern.az

Avtobusla yük maşını toqquşdu - Ölən var

Avtobusla yük maşını toqquşdu - Ölən var

Hadisə

5 Dekabr 2025, 13:50

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, sərnişin avtobusu "Ford" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Mehdiyev işində kritik qərar! Harada qalacaq? Daha kimlər tutulacaq?-