Modern.az

Bakıda təcili yardım maşını aşdı - Hadisə yerindən GÖRÜNTÜLƏR

Bakıda təcili yardım maşını aşdı - Hadisə yerindən GÖRÜNTÜLƏR

5 Dekabr 2024, 16:24

Bu gün saat 12:40-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində Xəzər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sanitar avtomobili qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: "Faktla bağlı araşdırma aparılır".

***

15:00

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Modern.az "Unikal"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, "Khazar" markalı maşınla "Mercedes-Benz" markalı təcili tibbi yardım avtomobili toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, təcili yardım avtomobili isə aşıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi